11 C
Baku
Friday, November 15, 2024

Qazaxıstan azad üzən məzənnə siyasətinə keçdi

Milli bank və hökumət qərar qəbul ediblər. Qazaxıstan yeni pul-kredit siyasətinə keçib.

Bu barədə hökumət başçısı Kərim Məsimov çümə axşamı hökumətin iclasında bəyan edib.

“Milli bank və hökumət bu ilin avqustun 20-dən inflyasiyanın hədəflənməsi və valyuta dəhlizini ləğv etmək məqsədilə yeni iqtisadi siyasətə keçməklə bağlı qərar qəbul edilib. Təngənin mübadilə məzənnəsinin dəyişməsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılı olacaq”, – o, bəyan edib.

İyulun ortasında Qazaxıstanın milli bankı təngənin mübadilə kursunun dəyişməsi dəhlizini 1 dollar üçün 170-188 təngədən 170-198 təngəyə qədər genişləndirmişdi. Bu xarici konyukturanın pisləşməsi və ən əsası neftin qiymətinin ucuzlaşması ilə motivasiya edilmişdi.

Oxu.Az

Son xəbərlər
Digər xəbərlər