“Tengiz” yatağında hasil olunan Qazaxıstan neftinin Bakı-Supsa kəməri ilə nəqli məsələsi SOCAR-ın gündəmindədir.
Bu barədə SOCAR-ın məlumatında bildirilir.
““Tengiz” neftinin Bakı-Supsa ilə nəqli məsələsi də həmçinin SOCAR-ın gündəmindədir. Gələcəkdə həm qazax neftinin nəql həcminin artırılması həm də alternativ olaraq Bakı-Supsa kəmərindən istifadə nəzərdə tutulub”, – mənbə qeyd edib.
Qazaxıstan tərəfi bu marşrutdan (Baku-Supsa) istifadə etməkdə maraqlı olub olmadığı ilə bağlı sualına cavab verərək mənbə qeyd edib ki, danışıqların ilkin mərhələsi olduğuna görə, Qazaxıstan tərəfi neft həcmlərinin nəqli üçün Baku-Tbilisi-Ceyhan kəməri ilə yanaşı olaraq, həmçinin Bakı-Supsa kəmərindən istifadə edilməsi məsələsində qismən maraqlıdır.
Xatırladaq ki, hazırda Azərbaycan tərəfi Bakı-Supsa kəmərində demək olar ki, istifadə etmir. Kəmərin fəaliyyəti tam dondurulmayıb, hazır vəziyyətdədir və istənilən an istifadə oluna bilər. Lakin buna baxmayaraq Türkiyədə baş verən zəlzələ nəticəsində Ceyhanda yerləşən terminaldan neftin tankerlərə yüklənilməsində müvəqqəti dayanma fonunda Bakı-Supsa kəməri ilə nəql edilən neft bir neçə tankerə yüklənilmişdi.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin operatorudur və “Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) Hasilatın Pay Bölgüsü Sazişi”nin tərəfdaşları adından onu BP şirkəti istismar edir. BP rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, Supsa terminalından yüklərin aşırılmasına Tələb olduğu halda Bakı-Supsa kəməri ilə neftin nəqlini bərpa etmək hər zaman mümkündür.