27 C
Baku
Saturday, July 27, 2024

Qazaxıstan bitkoin mayninqi üzrə ilk üçlüyə daxil olub

Çinin maynerlərə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər fonunda Qazaxıstan bitkoin mədənçiliyi sahəsində üç lider ölkədən birinə çevrilib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Kembric Universitetinin məlumatına görə, qazaxlı maynerlərin kriptovalyuta istehsalı sahəsindəki payı altı dəfə artıb və 2021-ci ilin aprelində 8.2%-ə çatıb. Bununla yanaşı, Çinin payı 75.5%-dən 46%-ə düşüb.

Kembric Universiteti tərəfindən aparılan araşdırmada ABŞ-ın da bitkoin mədənindəki payının əhəmiyyətli dərəcədə artdığı (4.1%-dən 16.8%-dək) göstərilir. Ölkə bitkoin istehsalı sahəsində ikinci yeri tutur. Bu siyahıda dördüncü sırada Rusiya, beşinci sırada isə İran dayanır.

“CNBC”nin qeyd etdiyi kimi, bazarda baş verən dəyişikliklər Çin səlahiyyətlilərinin 2021-ci ilin iyun ayında maynerlərə qarşı tətbiq etdiyi ciddi məhdudiyyətlərə səbəb olub. Lakin bu baş verməzdən əvvəl bir çox mayner avadanlığını qonşu Qazaxıstana köçürməyi bacarıb. Qazaxıstandakı elektrik enerjisinin böyük hissəsi ölkənin şimalında yerləşən mədən bölgələrinin yaxınlığında cəmlənmiş elektrik stansiyalardan gəlir. Onlar birlikdə təxminən 22 Gvt-dan çox elektrik enerji istehsal edir.

Bununla yanaşı, maynerlər Qazaxıstanda elektrik enerjiyə saatda cəmi 3 sent ödəyirlər. Məlumat mərkəzləri kondisioner tələb etmir və bu, mayninqi asanlaşdırır. Digər tərəfdən, ölkə Çindəki bütün maynerləri qəbul edə bilmir. “Bloomberg”ə görə, son 20 ildə Qazaxıstanda elektrik enerji ehtiyatı cəmi 3 Gvt artıb.

Daha əvvəl Çin hökumətinin mayninqlə apardığı mübarizənin onun xaricində mayninqi asanlaşdıracağı və daha gəlirli etməsi bildirilib. Bu, ümumi hesablama gücünün və rəqabətin azalması hesabına baş verir.

 

Son xəbərlər
Digər xəbərlər