13 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan BTC kəməri ilə neftin nəqlinə başlayır

Fevraldan Qazaxıstanın “KazMunayQaz” neft şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft kəməri ilə neft ixracına başlayacaq.

Bu barədə “Reuters”ə energetika sahəsindəki mənbələrdən məlumat verilib.

Bildirilir ki, fevralda bu tədarükün həcmi 120 min tona çatdırıla bilər. Bu neft “Tengizchevroil” şirkətinin resurslarıdır.

Xatırladaq ki, bundan əvvəl “KazMunayQaz” şirkətindən BTC kəməri ilə illik 1.5 milyon ton neftin daşınması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqların aparıldığı qeyd edilmişdi.

Qeyd edək ki, Qazaxıstan nefti Azərbaycanın xam malının əsas ixrac marşrutu olan BTC boru kəmərinə qarışıq şəkildə daxil olur. Marşrutun bir hissəsi dəmir yolu ilə, digər bir hissəsi isə Bakıya çatdırılmaq üçün Aktau limanında yüklənərək Xəzər dənizindən keçən kiçik tankerlərlə, sonradan boru kəmərinə doldurulur.

Qazaxıstan 2022-ci ilin yayında tədarükləri diversifikasiya etməyə çalışaraq, Rusiyadan yan keçərək neft ixracını artırmağa çalışır. Lakin hələlik Xəzər Boru Kəməri Konsorsiumu (CPC) əsas ixrac marşrutu olaraq qalır və Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka dəniz terminalında başa çatır və alternativ təchizatın payı azdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər