11 C
Baku
Monday, November 25, 2024

Qazaxıstan bu ay Almaniyaya 20 min ton neft göndərəcək

Qazaxıstan yanvarda Almaniyaya ilk 20 min ton neft göndərməyi planlaşdırır.

Bu barədə Qazaxıstanın energetika naziri Bolat Akçulakov danışıb.

“Hazırda birinci partiya 20 min tondur, hələlik 1.5 milyon tonadək nəzərdə tutulur. 6 milyon tona qədər tələb olunan ümumi tutumu tədarük edə bilərik. Tələbat, sözsüz ki, Almaniyada daha yüksəkdir”, – B. Akçulakov yanvarda Almaniyaya neft tədarükü ilə bağlı sualı cavablandırarkən açıqlayıb.

Xatırladaq ki, ötən ilin dekabrında “KazTransOil” 2023-cü ildə 1.2 milyon ton Qazaxıstan neftinin “Transneft”in magistral kəmərlər sistemi ilə Almaniyaya nəqli üçün müraciət göndərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər