Qazaxıstan 2019-cu ildə Azərbaycanda Ticarət Nümayəndəliyi açmağı planlaşdırır. Bu barədə Qazaxıstanın baş naziri Askar Mamin məlumat verib.
“2019-cu ildən Qazaxıstanın 10 ticarət nümayəndəliyinin açılışı planlaşdırılı- Rusiyada (Kazan, Moskva, Yekaterinburq şəhərlərində), Özbəkistanda (Daşkənd), Çində (Urumçi, Pekin), BƏƏ-də (Ras-əl-Xayma), Qırğızıstanda (Bişkək), Azərbaycanda (Bakı), Belarusda (Minsk)”, – Mamin qeyd edib. Bunu “Kazinform” məlumat verib.
Baş nazir bildirib ki, xarici bazarlarda ticarət nümayəndəliklərinin açılması Qazaxıstanın xaricdə iqtisadi maraqlarının genişləndirilməsi, olduğu bazarda Qazaxıstanın biznes maraqlarının daima mövcud olması və müdafiəsi, sərgi, reklam və təqdimat tədbirləri, seminarların keçirilməsində kömək üçün şərait yaradacaq.
©İnterfaks-Azərbaycan