Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında Astanada keçirilmiş görüşdə Qazaxıstan neftinin “Dostluq” boru kəməri ilə Macarıstana daşınması məsələsi müzakirə edilib.
2025-ci il ərzində neftin sınaq rejimində daşınmasına dair razılıq əldə olunub.
Görüşdə “KazMunayQaz” və “MOL Group” şirkətləri arasında neft-qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb.
Tərəflər hər iki şirkətin iştirak etdiyi “Rojkov” qaz-kondensat yatağının səmərəli istismarının zəruriliyini vurğulayıblar.
Qazaxıstan tərəfi AES üçün quru soyutma qüllələrinin istehsalı üzrə macar həmkarlarının, xüsusən “MVM Group” şirkətinin təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.