12 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstan Çinə 200 min ton taxıl tədarük edəcək

Qazaxıstanın Ərzaq Korporasiyası və Çinin C.P.Trading şirkəti 200 min ton taxıl tədarükünə dair memorandum imzalayıb.

Bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, memorandum 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində imzalanıb.

Xatırladaq ki, Qazaxıstan Çinə taxıl tədarükünü ildə 1 milyon tona çatdırmaq niyyətindədir.

Oktyabrın ortalarında Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, ölkə əsas taxılçılıq rayonlarında əlverişsiz hava şəraitinə baxmayaraq, 2023-cü ildə buğdanın ixrac potensialını saxlamağı planlaşdırır. İlin sonuna qədər Qazaxıstan 16 milyon tona yaxın taxıl yığmağı hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər