7 C
Baku
Sunday, January 29, 2023

Qazaxıstan Çin və İran istiqamətində neft ixracı marşrutlarını inkişaf etdirməyi planlaşdırır

Qazaxıstan Çin və İran istiqamətində neft ixracı marşrutlarını inkişaf etdirmək niyyətindədir.

Bu barədə respublikanın energetika naziri Bolat Akçulakov hökumətin iclasında bildirib.

“Transxəzər beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan, Gürcüstan və Türkiyə limanları istiqamətində, eləcə də Çin və İrana ixrac marşrutlarının inkişafına xüsusi diqqət yetiriləcək”, – Bolat Akçulakov belə deyib.

Nazir, həmçinin bildirib ki, ixrac istiqamətlərinin şaxələndirilməsi çərçivəsində alternativ neft ixrac marşrutlarının inkişafı üzrə yol xəritəsinin layihəsi hazırlanıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X