28 C
Baku
Wednesday, July 24, 2024

Qazaxıstan, Çin və Rusiya gələcək qaz kəmərinin marşrutunu müəyyənləşdirib

Astana, Pekin və Moskva Qazaxıstanın şimal rayonlarından keçməklə Rusiyadan Çinə qaz kəmərinin inşası məsələsini müzakirə edir.

Bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib. Onun sözlərinə görə, qaz kəmərinin ilkin marşrutu müəyyən edilib və hazırda tikintinin şərtləri müzakirə olunur.

2023-cü ilin fevralında Qazaxıstanın sabiq energetika naziri Bolat Akçulakov “QazaqGaz” və “Qazprom” kompaniyalarının Rusiyadan Çinə beynəlxalq qaz kəmərinin inşası məsələsini nəzərdən keçirdiyini bildirmişdi. Qaz kəmərinin Kustanay, Astana, Pavlodar, Semipalatinsk və Ust-Kamenoqorsk şəhərlərindən keçəcəyi planlaşdırılır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər