12 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstan Çinlə 200 min ton taxıl tədarükü ilə bağlı memorandum imzalaya bilər

Yaxın vaxtlarda Qazaxıstandan Çinə 200 min ton taxıl tədarükü ilə bağlı memorandumun imzalanması gözlənilir.

Bu barədə yerli KİV Qazaxıstanın Ərzaq Korporasiyasına istinadən məlumat yayıb.

Şanxayda keçiriləcək Çin Beynəlxalq İdxal sərgisi çərçivəsində Qazaxıstan kənd təsərrüfatı, logistika, ixrac, innovasiya sahələrində şirkətlər və layihələr vasitəsilə öz imkanlarını təqdim edəcək.

Korporasiyanın məlumatında qeyd olunur ki, 10 ayın yekunlarına əsasən, 135 min ton taxıl ixracına dair müqavilələr imzalanıb. Hazırda Qazaxıstan taxılının satışı üçün bazarların axtarışı üzrə işlər aparılır.

Son xəbərlər
Digər xəbərlər