Qazaxıstan hökuməti Çin ilə 2023-cü il mayın 17-də Sian şəhərində əldə edilmiş qarşılıqlı vizasız rejimə dair sazişi təsdiqləyib.
Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, etibarlı səyahət sənədlərinin sahibləri aşağıdakı məqsədlər üçün viza tələblərindən azaddırlar:
– şəxsi işlər;
– turiz;
– müalicə;
– beynəlxalq daşıma;
– tranzit;
– iş məqsədləri (müqavilələrin bağlanması, danışıqların aparılması, məsləhət xidmətlərinin göstərilməsi və digər biznes məqsədləri).