20 C
Baku
Sunday, October 6, 2024

Qazaxıstan COVID-19 səbəbindən sərhəddə məhdudlaşdırıcı tədbirləri gücləndirəcək

Qazaxıstan COVID-19 səbəbindən sərhəddə məhdudlaşdırıcı tədbirləri gücləndirəcək, xüsusilə 2021-ci il 1 may tarixinədək 57 ölkənin vətəndaşları üçün vizasız rejimin dayandırılması, Türkiyəyə uçuşların azaldılması planlaşdırılır.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Mətbuat xidmətindən verilən məlumata görə, 2 noyabrda Qazaxıstanın baş naziri Askar Maminin sədrliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün İdarələrarası Komissiyanın (BAK) iclası keçirilib.

Qeyd edək ki, oktyabrın 5-dən 18-dək Qazaxıstanda 1272 nəfər, oktyabrın 19-dan noyabrın 1-dək isə 3352 nəfər yoluxub. Hesablamalara görə, artım tempi 0,4% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər