Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sisteminə edilən hücumlar səbəbindən təxminən 3,8 milyon ton neft ixrac edə bilməyib.
Banker.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan tankerlərə hücumlardan sonra “Tengiz” və “Korolevskoe” yataqlarında hasilatın dayandırılması ilə əlaqədar təxminən 1 milyon ton neft itkisi ilə üzləşib. Hazırda hər iki yatağın fəaliyyəti qismən bərpa olunub.
“Biz bir həftə ərzində “Tengiz” yatağının tam işə salınacağını gözləyirik”, – nazir qeyd edib.
CPC obyektləri yaxınlığında tankerlərə hücumlardan sonra gəmilərin sığorta dəyəri də əhəmiyyətli dərəcədə artıb.






