Qazaxıstan dizel yanacağı və digər növ neft məhsullarının ölkə ərazisindən avtonəqliyyat vasitəsilə çıxarılmasına qoyulmuş qadağanın müddətini yarım il uzadıb.
Bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi tərəfindən birgə verilib.
Qadağa 31 yanvar – 31 iyul 2023-cü il tarixləri ərzində qüvvədə idi.
Qeyd edək ki, Qazaxıstanda 21 noyabr 2021-ci ildən 21 may 2022-ci ilə qədər benzin, dizel yanacağı, eləcə də, ayrı növ neft məhsullarının ölkə ərazisindən avtomobil nəqliyyatı ilə çıxarılması qadağan olub. Sonra qadağa daha yarım il müddətinə uzadılıb. O zaman ölkənin Energetika Nazirliyi qadağanın sabitliyin təmin olunması və milli iqtisadiyyatın dayanıqlı inkişafı, həmçinin, Qazaxıstanın daxili bazarında neft məhsullarının çatışmazlığının qarşısının alınması üçün qoyulduğunu bildirib.