Qazaxıstanın “Qazaqstan Temir Joly” (QTZ) dövlət dəmir yolları şirkəti Xəzər üzərindən daşıdığı yükləri 3 900 konteynerdən 15 minədək artırmağı nəzərdə tutur.
Bu barədə Aktau “Beynılxalq Dəniz Ticarət Limanı” SC-nin İdarə Heyətinin sədri Abay Türkpənbayev bildirib.
Tranzit yüklərinin Xəzər üzərindən daşımağın quru yolla daşımaqdan həm ucuz, həm də daha tez başa gəldiyini qeyd edən liman rəhbəri ötən ilin aprel ayından fəaliyyət göstərən Aktau – Bakı – Aktau bərə xəttinin sabit və etibarlı olması ilə Qazaxıstan nəqliyyat sistemində ad çıxardığını, həmin xətdəki bərələrin 100 faiz yükləndiyini diqqətə çatdırıb.
Aktau limanının rəhbəri hazırda Qazaxıstan – Çin sərhədindən yüklərin dəmir yolu ilə Aktauya 72 saata çatdırılaraq 24 saat ərzində bərəyə yüklənərək Avropaya yola salındıqlarını deyib:
“Aktau – Bakı – Aktau xəttində ilk gəmi buraxıldığından etibarən 8 272 konteyner ötürülüb. Bütövlükdə isə Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) limanlarından konteyner daşımaları 2019-cu ildə 79 faiz artıb”.
“QTZ Express” SC-nin MDB ölkələrinin, Türkiyənin, Azərbaycanın, Gürcüstanın limanlarına multimodal daşımaları həyata keçirildiyi qeyd edən qurumun departament rəhbəri Abılay Esirkep Çindən Türkiyəyə qədər yüklər 16 günə yaxın müddətə gedib çıxdığını diqqətə çatdırıb.
Aktau limanındakı şimal terminalının TITR, TRACECA, Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm məntəqəsinin 3 milyon ton illik ötürmə gücünə malik olduğu da qeyd edildi: “Buradan yüklər daha çox İran, Azərbaycan, Rusiya limanlarına daşınır. Buradan ildə 70 mindən artıq 20 futluq konteyner ötürmək, eyni vaxtda 6 minədək konteyner də saxlamaq mümkündür”.
©Report