Qazaxıstan dövlət gerbini dəyişir.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz çıxışında bildirib.
“Qazaxıstanın gerbi qavramaq üçün çox mürəkkəbdir, onun üzərində sovet dövrünün işarələri var”, – Tokayev deyib.
O, bu mövzunu müzakirə etməyi və ictimai razılıq əsasında Qazaxıstanın yeni gerbinin ən yaxşı eskizinin hazırlanması üçün müsabiqə elan etməyi təklif edib.