8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Qazaxıstan gələn il neft hasilatını 87.5 milyon tona çatdırmağı planlaşdırır

Qazaxıstan hakimiyyəti neft hasilatını builki 85,7 milyon tondan 2022-ci ildə 87,5 milyon tona çatdırmağı planlaşdırır.

Bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzaqaliyev brifinqdə bildirib.

“Bu il neft hasilatı 85,7 milyon ton olacaq. İxrac 67 milyon tondan çox təşkil edəcək. Gələn ildə isə hasilatın 87,5 milyon ton olacağını gözləyirik. Təxminən, 2 milyon tonadək artım “Tengiz” və “Karaçaqanak” yataqları hesabına əldə ediləcək”, – o deyib.

Onun sözlərinə görə, 2030-cu ildə ölkədə neft hasilatı 104,2 milyon tona çatdırılacaq

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər