16 C
Baku
Cümə, May 20, 2022

Qazaxıstan hökuməti yerli maynerləri elektrik enerjisindən məhrum edib

Qazaxıstandakı kriptovalyuta mayninqi müəssisələri yanvarında 24-dən başlayaraq müvəqqəti olaraq elektrik enerjisindən məhrum edilib. Enerji təchizatının dayandırılması haqqında xəbərdarlıq yanvarın 21-də Qazaxıstan ərazisindəki 196 mayninq şirkətinə göndərilib.

Qazaxıstanın blokçeyn və data-mərkəzləri sənayesi Assosiasiyasının prezidenti Alan Corciyev hesab edir ki, ölkədə elektrik enerji təchizatı ilə əlaqəli problemlərin səbəbkarı maynerlər deyil, energetika infrastrukturunun köhnəlməsidir.

“Bütün sistemimiz artıq köhnəlib. Qeyd edim ki, Qazaxıstanda stansiyaların orta hesabla 40 yaşı var. Elektrik enerjisinin qiymətləri həmişə yüksək olub və sənaye uzun müddət ərzində maliyyə dəstəyi almayıb”, – deyə Alan Corciyev söyləyib.

Yanvarın əvvəlində iğtişaşlar nəticəsində bütün ölkədə internetin kəsilməsi səbəbindən Qazaxıstandakı maynerlər bir sıra problemlər üzləşiblər.

Son xəbərlər
Oxşar xəbərlər