Qazaxıstan hökumətinə bankların işini bərpa etmək tapşırılıb.
Banker.az xəbər verir ki, “Qazaxıstanın Nazirlər Kabineti vəziyyət sabitləşəndən sonra bank və digər maliyyə təşkilatlarının fəaliyyətini bərpa etməlidir”, – deyə mesajda bildirilib.
Bundan əvvəl Qazaxıstan Milli Bankı məlumat vermişdi ki, ölkədəki bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetin kəsilməsi fonunda fəaliyyətini dayandırıb.
Yanvarın 2-dən Qazaxıstanda kütləvi etirazlar dayanmır. Yanacağın kəskin bahalaşması ilə əlaqədar ölkənin qərbində icazəsiz aksiyalar başlayıb, daha sonra hadisələr digər regionlara da yayılıb.
Yanvarın 5-nə keçən gecə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaranmış vəziyyətə görə günahlandırdığı hökuməti istefaya göndərib. Çərşənbə günü xalqa müraciətində o, yanvarın 5-dən ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini açıqlayıb. Tokayev bildirib ki, o, “mümkün qədər sərt davranmaq niyyətindədir” və Qazaxıstanın paytaxtını tərk etməyi planlaşdırmır.