14 C
Baku
Thursday, November 7, 2024

Qazaxıstan ilin əvvəlində hasil etdiyin neftin miqdarı açılanıb

Qazaxıstanda 2021-ci ilin birinci rübündə neft və kondensat hasilatının həcmi 21,1 milyon ton təşkil edib ki, bu da bu ilin yanvar-mart aylarının planının 100% yerinə yetirilməsi deməkdir.

Bunu energetika naziri Nurlan Noqayev deyib.

“Neft və qaz sənayesinin böyük şirkətləri üzrə göstəricilər belədir: Tengiz layihəsində qeyd olunan dövr ərzində 6,7 milyon ton neft hasil edilib ki, bu da hesabat aylarının planının 100%-ni təşkil edir. Şimali Xəzər layihəsi olan Kaşağanda neft hasilatı 3,7 milyon ton təşkil edib və yanvar-mart ayları üçün plan 100% yerinə yetirilib. Qaraçaqanak layihəsinin göstəriciləri 3,1 milyon ton təşkil edib ki, bu da bu ilin üç ayının planından 100% çoxdur”, – o izah edib.

Nazir hesabat dövründə 16,6 milyon ton neftin ixrac edildiyini, bu ilin yanvar-mart ayları üçün planın 100% yerinə yetirildiyini bildirib.

Noqayev deyib ki, OPEC+ çərçivəsində aprelin 1-də baş tutmuş iclasdan sonra may, iyun və iyul aylarında neft hasilatı tədricən sutkada 6 min barel artırılacaq.

Bundan əlavə bu ilin ilk rübündə 13,9 milyard kubmetr qaz hasil edilib ki, bu da bu ilin üç ayı üçün nəzərdə tutulan planın 100%-ni təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər