9 C
Baku
Tuesday, December 24, 2024

Qazaxıstan ilin sonuna qədər Vyetnamla ticarəti $1 milyarda çatdırmağı planlaşdırır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vyetnam lideri Vo Van Txıounq ilə danışıqlar aparıb.

Bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.

“Danışıqlar zamanı ticarət-iqtisadi, investisiya, energetika, nəqliyyat-logistika, aqrar-sənaye, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib”, – məlumatda bildirilib.

K.J.Tokayev qeyd edib ki, Qazaxıstan Vyetnamın iqtisadi uğurlarını dövlətlər arasında gələcək əməkdaşlıq üçün ciddi əsas hesab edir.

O xatırladıb ki, ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsi yarım milyard dolları keçib, 2023-cü ilin altı ayında isə artıq 600 milyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 1 milyard dollara çatdırılması planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər