16 C
Baku
Friday, April 19, 2024

Qazaxıstan İran vətəndaşları üçün viza rejimini ləğv edib

Qazaxıstan İran vətəndaşları üçün viza rejimini ləğv edib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ötən ay Qazaxıstan prezidentinin Tehran səfərində iki ölkə arasında viza rejiminin ləğvi haqqında razılıq əldə olunub.

Qazaxıstan hökuməti elan edib ki, iranlıların bu ölkəyə səfər etməsi üçün viza almağa ehtiyac yoxdur. Məlumatda qeyd olunur ki, iranlılar Qazaxıstanda vizasız 14 gün qala bilər. Həmçinin qeyd olunub ki, 180 gün ərzində iranlılar ümumilikdə 42 gün (hər səfər 14 gün olmaqla) Qazaxıstanda qala bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər