8 C
Baku
Monday, November 18, 2024

Qazaxıstan İrandan Çinə nəqliyyat marşrutunu bərpa edir

Qazaxıstanın dəmir yolu milli şirkətinin törəmə qurumu olan “KTZ Express” və Çinin “China Railway Container Transport Co. Ltd.” şirkəti İran-Çin nəqliyyat marşrutunu bərpa edir.

Qazaxıstan Dəmir Yollarının məlumatına əsasən, İranın Aprin dəmir yolu stansiyasında İran, Çin, Qazaxıstan və Türkmənistan nümayəndələrinin iştirakı ilə İran-Çin konteyner qatarının təntənəli yola salınma mərasimi keçirilib.

Məlumatda bildirilir ki, tərkibi gips tozu olan 50 ədəd qırx futluq konteyner İran-Qazaxıstan-Çin marşrutu üzrə yola çıxıb. Marşrutun ümumi səyahət müddəti 12 gün təşkil edəcək.

Qeyd olunur ki, bu, nəqliyyat dəhlizinin bərpası və marşrutda iştirak edən ölkələr arasında beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addımdır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər