14 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstan istiqamətində yükdaşımalar sürətlə artır

Qazaxıstan istiqamətində yükaşırılmasında sürətli artım müşahidə edilir.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bakı Limanının inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub. İkinci mərhələdə isə Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq

MənbəReport
Son xəbərlər
Digər xəbərlər