Qazaxıstan 2026-cı ilə qədər informasiya texnologiyaları (İT) xidmətlərinin ixracını 1 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Keçən il yerli İT sənayesinin ixracı 5 dəfə artıb. Mən onun həcmini 2026-cı ilə qədər 1 milyard ABŞ dollarına çatdırmağı qarşıma vəzifə qoymuşam”, – o vurğulayıb.
Onun fikrincə, Qazaxıstan qlobal rəqəmsal texnologiyaların mərkəzi kimi möhkəmlənməli və ən böyük beynəlxalq İT şirkətlərinin ofisləri üçün sığınacağa çevrilməlidir.
Kasım-Jomart Tokayev həmçinin 2 il ərzində süni intellekt üzrə ixtisaslaşmış məlumat mərkəzlərinin inşasını təmin etməyi tapşırıb.
Qazaxıstan lideri əlavə edib ki, məlumat mərkəzlərinin inşasında “Amazon”, “Google”, “Mastercard” və “Citigroup” şirkətləri iştirak edə bilər.