7 C
Baku
Thursday, December 5, 2024

Qazaxıstan köhnə yataqların istismarı ilə məşğul olan investorlar üçün alternativ vergi tətbiq edəcək

Qazaxıstan hökuməti tükənən yataqların istismarçılarına alternativ vergi tətbiq etmək üçün Vergi Məcəlləsinə düzəlişlər etməyi planlaşdırır.

Bu barədə Qazaxıstanın Energetika Nazirliyindən məlumat verilib.

“Bu il Vergi Məcəlləsinə 307 neft yatağından 24-nə yataqların istismarçılarına alternativ verginin tətbiqi üçün dəyişikliklər gözlənilir”, – qurumdan bildirilib.

Energetika Nazirliyinin məlumatına görə, bu islahatın tam həyata keçirilməsi geoloji kəşfiyyata hər il 200 milyard tengə (453 milyon ABŞ dolları) sərmayə qoyulmasına təkan verəcək, 2045-ci ilədək neft hasilatını 60 milyon ton artıracaq və cari iş yerlərini qoruyub saxlayacaq.

Qurum qeyd edib ki, 2023-cü ildə əhəmiyyətli tənzimləyici və fiskal üstünlüklər paketini nəzərdə tutan “Mürəkkəb Layihələr üzrə Təkmilləşdirilmiş Model Müqavilə” mexanizminin tətbiqi ilə əlaqədar Qazaxıstan ümumi məbləği təxminən 9 milyard ABŞ dolları olan 5 müqavilə bağlayıb.

Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ildə 30 karbohidrogen yatağı kəşfiyyat mərhələsindən hasilat mərhələsinə keçib. Belə yataqlarda hasil edilə bilən neft ehtiyatlarının artımı 115.4 milyon ton, qazın həcmi isə 25.5 milyard kubmetr təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər