Qazaxıstanda İnformasiya və Sosial İnkişaf Nazirliyinin təşəbbüsü ilə onlayn kazino oyunlarının fəaliyyəti və saxta hesabların yaradılması səbəbindən “LinkedIn” sosial şəbəkəsi bloklanıb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“LinkedIn” internet resursunda aparılan monitorinqlər zamanı onlayn kazinoların reklamı və real insanlar adına saxta hesabların yaradılması ilə bağlı bir sıra qanun pozuntuları aşkar edilib”, – nazirliyin saytında deyilir.
Mesajda bu cür materialların təkcə Qazaxıstanın qanunvericiliyinin tələblərinə deyil, eyni zamanda “LinkedIn” internet-resursunun daxili qaydalarına zidd olduğunu vurğulanır.
Mətbuat açıqlamasına görə, nazirlik sayt rəhbərliyinə aşkar edilmiş pozuntuların aradan qaldırılması və müvafiq materialların silinməsi tələbi ilə bağlı bildiriş göndərib. Qazaxıstan hökuməti sosial şəbəkənin qanun pozuntuları aradan qaldırıldığı təqdirdə ona girişin bərpa ediləcəyinə əminlik verib.