15 C
Baku
Sunday, April 14, 2024

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini 14.5%-ə qaldırıb

Qazaxıstan Milli Bankı uçot dərəcəsini illik 14%-dən 14.5%-ə qaldırıb. Bildirilir ki, növbəti məzənnə qərarı sentyabrın 5-də açıqlanacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Tənzimləyici əlavə edib ki, inflyasiyanın davamlılığı əhalinin əmanət davranışını stimullaşdırmaq üçün baza dərəcəsinin bugünkü səviyyədə saxlanmasını tələb edir.

Bankın məlumatına görə, iyunda illik inflyasiya 14.5%-ə qədər sürətlənib. Tənzimləyicinin gözləndiyi kimi, 2022-ci ilin sonuna inflyasiya 13-15%-i keçəcək. İyunun 6-da Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 14% səviyyəsində saxlayıb.

Son xəbərlər
Digər xəbərlər