Qazaxıstan mənşəli məhsulların Bakı Limanında aşırılması, daha sonra dəmir yolu ilə Gürcüstan limanlarına və ya Bakı–Tbilisi–Qars xətti ilə Türkiyə və dünya bazarlarına nəqli imkanları barədə fikir mübadiləsi aparılıb,
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına əsasən, bu barədə səhmdar cəmiyyətin və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” QSC-nin rəhbər heyətləri arasında keçirilən görüşdə bildirilib.
Qeyd edilib ki, bunun yük axınlarının daha səmərəli idarə olunmasına və alternativ marşrutlara düşən yükün azalmasına töhfə verəcəyi bildirilib.
Görüşdə son illərdə iki ölkə arasında nəqliyyat, xüsusilə dəmir yolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin strateji iştirakçıları olan Azərbaycan və Qazaxıstanın beynəlxalq yükdaşımaların səmərəli və təhlükəsiz təşkili üçün həyata keçirdiyi işlər, Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.







