1 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan Milli Bankı uçot dərəcəsini azaldıb

Qazaxıstan Milli Bankı (QMB) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 9,75% səviyyəsində təsdiqləyib.

“Bloomberg” agentliyinə istinadən, bu barədə QMB məlumat yayıb. Qeyd edək ki, analitiklər Mərkəzi Bankın faizləri dəyişdirməyəcəyini ehtimal edirdilər.

Məlumatda həmçinin bildirilir ki, uçot dərəcəsi +/-1% dəhlizində dalğalana biləcək.

“Ötən ilin analoji dövründə Qazaxıstanda uçot dərəcəsi 12% təşkil edib. Faizlərin azaldılması 2017-ci ilin müsbət istisadi göstəricilərlə yekunlaşması və xoş perspektivlərlə əlaqəlidir. Qazaxıstan antiböhran tədbirlərindən inflyasiya hədəflərinə çatmaq üçün pul-kredit siyasətinin transmissiya mexanizmləri kanallarının bərpası və gücləndirilməsi dövrünə qədəm qoyur”, – deyə QMB-nin rəhbəri Daniyar Akişev jurnalistlərə açıqlamasında bildirib.

Qərardan sonra Qazaxıstanda dolların məzənnəsi 330 tenge səviyyəsindən 327-yə geriləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər