10 C
Baku
Monday, November 18, 2024

Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini 14.25% səviyyəsində saxlayıb

Qazaxıstan Respublikası Milli Bankı uçot faiz dərəcəsini illik 14.25% səviyyəsində saxlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İyul ayında əhalinin inflyasiya gözləntiləri faktiki olaraq dəyişməyib. Respondentlər daha çox ərzaq, dərman və kommunal xidmətlərin qiymətlərində artımı qeyd edirlər. İnflyasiya gözləntiləri qeyri-sabit olaraq qalır.

Xatırladaq ki, uçot faiz dərəcəsi ölkənin mərkəzi bankının alətidir. Onun vasitəsilə tənzimləyici pulun dəyərini idarə edir.

Son xəbərlər
Digər xəbərlər