3 C
Baku
Wednesday, January 1, 2025

Qazaxıstan Nəqliyyat Nazirliyi: 17 beynəlxalq ekspert təyyarə qəzasını araşdırmaq üçün Aktaudadır

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün Aktauya gəlib.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

“ICAO-nun baş katibinin tapşırığı ilə Aktau şəhərinə akkreditə olunmuş müşahidəçi – aviasiya hadisələrinin araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson gəlib”, – nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, ICAO Qazaxıstanın aviasiya orqanlarının fəaliyyətini, araşdırmanın aparılmasında açıqlığını və maraqlı dövlətlərin cəlb olunmasını yüksək qiymətləndirib.

“Beləliklə, 17 beynəlxalq ekspertin hamısı Aktaudadır”, – məlumatda vurğulanıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər