2 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan neft ixracı üçün yeni yollar axtarır

Qazaxıstan hakimiyyəti Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fasiləsiz işləməsində maraqlıdır və neft ixracı üçün yeni marşrutların axtarışı hasilatın planlaşdırılan artımı ilə əlaqələndirilir.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Bolat Akçulakov bildirib.

“Biz həmişə deyirik ki, CPC Qazaxıstan neftinin daşınması və ixracı üçün ən sərfəli marşrutdur. Buna görə də əsas vəzifə Qazaxıstan neftinin ixracı üçün sabit satış kanalına sahib olmaq üçün bu marşrutun fasiləsiz işləməsini təmin etməkdir. Bu, bütövlükdə Qazaxıstan iqtisadiyyatının inkişafı üçün çox vacib və əhəmiyyətlidir”, – Bolat Akçulakov qeyd edib.

O, respublikanın niyə alternativ neft nəqli marşrutlarını nəzərdən keçirdiyini də açıqlayıb.

Bolat Akçulakovun sözlərinə görə, yaxın iki il ərzində Qazaxıstan iri yataqları genişləndirməklə, yeni yataqların axtarışı və yeni kiçik yataqların istismara verilməsi ilə neft hasilatını artırmağı planlaşdırır.

Nazir qeyd edib ki, bu il üçün neft hasilatı üzrə proqnoz 85,7 mln. tondur, lakin ölkədə hasilat ola bilsin ki, 107 mln. tonadək artacaq.

“Müvafiq olaraq, bunlar bu gün ixrac üçün göndərdiyimiz həcmlərdən artıq həcmlərdir. Təbii ki, belə bir vəziyyətdə biz bu super həcmləri necə göndərə biləcəyimizi düşünməliyik”, – Bolat Akçulakov qeyd edib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər