Bakı limanına nəql olunan Qazaxıstan neftinin həcmi aprel ayında 75 % artıb.
Bu barədə “KazTransOil” şirkəti məlumat yayıb.
“Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin artması Bakı limanı istiqamətində daşınan xammalın həcminin 87 min tondan 152.4 min tona, yaxud 2023-cü ilin mart ayı ilə müqayisədə 75 % artması ilə bağlıdır”, – məlumatda deyilir.
Ümumilikdə, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcmi aprel ayında 60.5 min ton və ya 25 % artaraq 312.6 min tona çatıb.
Bundan əlavə, aprel ayında Aktau limanından Mahaçqala limanına 160.2 min ton neft göndərilib.
Daha əvvəl “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağında hasil edilən illik 1.5 milyon ton neftin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb.