13 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan neftinin nəqliylə əlaqədar Komissiyanın yeni tərkibi müəyyənləşib

Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin həlli üçün yaradılmış komissiyanın yeni tərkibi müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Komissiyanın üzvləri

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Son xəbərlər
Digər xəbərlər