6 C
Baku
Monday, December 16, 2024

Qazaxıstan ölkəyə gələn rusiyalılarla bağlı Moskva ilə müzakirələr aparacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səfərbərlik fonunda Rusiyadan ölkəyə gələnlərlə bağlı açıqlama verib.

O, həmin şəxslərin təhlükəsizliyinin qeydinə qalınmalı olduğunu deyib.

“Son günlər Rusiyadan bizə çox adam gəlir. Onların çoxu yaranmış çıxılmaz vəziyyətlə bağlı bu addımı atıb. Onların təhlükəsizliyinin qeydinə qalmalı və təhlükəsizliyini təmin etməliyik. Bu həm siyasi, həm də humanitar məsələdir”.

Qazaxıstan lideri ölkəyə gələn Rusiya vətəndaşları ilə bağlı rəsmi Moskva ilə müzakirə aparacaqlarını da deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər