24.3 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Qazaxıstan “OPEC+” çərçivəsində öhdəliklərini tam yerinə yetirməyib

Screen Shot 2021 09 02 at 14.34.20

Qazaxıstan ötən ilin dekabr ayında “OPEC+” razılaşması çərçivəsində öhdəliklərini 96% yerinə yetirib.

Qazaxıstanın Energetika Nazirliyinin verdiyi məlumata görə, dekabrda ölkədə 6,3 mln. ton neft hasil edilib.

Məlumata görə, ötən il Qazaxıstanda 85,6 mln. ton neft və qaz kondensatı istehsal olunub.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,5 mln. barel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayacaq.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər