14 C
Baku
Friday, May 17, 2024

Qazaxıstan Orta Dəhlizlə 6 min tondan çox azot gübrəsi ixrac edib

Bu ilin I rübündə Qazaxıstanın yeganə azot gübrəsi istehsalçısı “KazAzot” SC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində Azərbaycan ərazisi ilə 6 min tondan çox ammonium nitratı ixrac edib.

Mineral gübrə əvvəlcə Qazaxıstanın Aktau limanından Hövsan limanına, buradan isə Gürcüstanın Batumi limanına çatdırılıb, daha sonra isə Avropa və digər dünya bazarlarına nəql olunub.

Ümumilikdə bu il 50 min tondan çox ammonium nitratının “Orta Dəhliz” vasitəsi ilə ixrac edilməsi planlaşdırılır.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64% çoxdur.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər