18 C
Baku
Çərşənbə, May 25, 2022

Qazaxıstan öz vətəndaşlarını Polşa vasitəsilə Ukraynadan çıxaracaq

Qazaxıstan öz vətəndaşlarını Polşa ərazisi vasitəsilə Ukraynadan çıxaracaq.

Bu barədə Qazaxıstanın Ukraynadakı Səfirliyinin mətbuat xidməti feysbukda məlumat yayıb.

Belə ki, Ukrayna-Polşa sərhədindən hava limanına qədər onlara vizasız gediş-gəliş təmin ediləcək.

25-26 fevral tarixlərində “Air Astana” aviaşirkəti ilə Qazaxıstan vətəndaşları üçün repatriasiya reysinin həyata keçirilməsi planlaşdırılır. Bu reys Katovitse şəhərindən (Polşa) həyata keçiriləcək. Qazaxıstan vətəndaşları üçün isə vizasız “yaşıl dəhliz” yaradılacaq.

 

 

Son xəbərlər
Oxşar xəbərlər