Qazaxıstan öz vətəndaşlarını Polşa ərazisi vasitəsilə Ukraynadan çıxaracaq.
Bu barədə Qazaxıstanın Ukraynadakı Səfirliyinin mətbuat xidməti feysbukda məlumat yayıb.
Belə ki, Ukrayna-Polşa sərhədindən hava limanına qədər onlara vizasız gediş-gəliş təmin ediləcək.
25-26 fevral tarixlərində “Air Astana” aviaşirkəti ilə Qazaxıstan vətəndaşları üçün repatriasiya reysinin həyata keçirilməsi planlaşdırılır. Bu reys Katovitse şəhərindən (Polşa) həyata keçiriləcək. Qazaxıstan vətəndaşları üçün isə vizasız “yaşıl dəhliz” yaradılacaq.