10:50
Qazaxıstanın Baş naziri postuna yenidən Əlixan Smayilov təyin edilib.
Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
“Smayilov Əlixan Asxanoviç Qazaxıstan Respublikasının Baş naziri təyin edilsin”, – Prezidentin sərəncamında deyilir.
Qeyd edək ki, Smayilov ötən ilin yanvarından Qazaxıstan hökumətinə rəhbərlik edirdi və dünən onun başçılıq etdiyi Nazirlər Kabineti istefa verib.
Ölkə qanunvericiliyinə əsasən, Qazaxıstan Parlamentinin aşağı palatası (Məclisinin) yeni Baş nazirin təyinatı üçün səsvermə keçirib. İclas zamanı Smayilovun bu vəzifəni icra etməsi üçün 82 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib, 8 nəfər isə bitərəf qalıb.
***
10:36
Milli Məclisin deputatları Qazaxıstanın baş naziri vəzifəsinə Əlixan Smailovun namizədliyini dəstəkləyiblər. Qeyd olunur ki, parlamentin aşağı palatasının 82 deputatı keçmiş Nazirlər Kabinetinin rəhbəri vəzifəsinin saxlanılmasının lehinə, 7-si əleyhinə səs verib, 8 deputat isə bitərəf qalıb.
Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
Qazaxıstanın mövcud qanunvericiliyinə görə, deputatların təsdiqindən sonra prezident Qazaxıstan hökuməti sədrinin məclislə məsləhətləşmələrdən sonra verdiyi təkliflə baş naziri, daha sonra isə hökumət üzvlərini təyin edəcək.
Martın 19-da Qazaxıstanda parlament seçkiləri keçirilib. MSK-nın məlumatına görə, hakim Əmanət Partiyası seçkilərdə üstünlük (53.9%) qazanıb. 2022-ci ilin yanvarında ölkədə baş verən iğtişaşlardan sonra Tokayevin apardığı islahatlar çərçivəsində respublikanın Məclisə seçkilər vaxtından əvvəl keçirilib.