5 C
Baku
Thursday, November 7, 2024

Qazaxıstan “Pfizer” şirkəti ilə müqavilə imzaladı

Qazaxıstan Amerikanın “Pfizer” şirkəti ilə müqavilə imzalayıb və xüsusi sənəd əsasında respublikada koronavirus infeksiyasına qarşı peyvənd tədarükünə başlamağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə naziri Marat Şoranov bildirib.

Onun sözlərinə görə, hər şey istehsal gücü və şirkətin bu dərmanı Qazaxıstana tədarük etmək imkanından asılı olacaq. Marat Şoranov vurğulayır ki, hal-hazırda bütün dünya Covid-19-a qarşı peyvəndlərin müvəqqəti qeydiyyatı mövzusunu müzakirə edir.

“Pfizer peyvəndinə gəldikdə, -70° C-yə qədər nəqletmə və saxlama üçün ciddi tələblərdən əlavə, bir şey də var – o, Rusiyada istehsal olunan peyvənddən iki qat bahadır”, – deyə nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər