10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Qazaxıstan prezidenti 2024-cü ilə qədər məmurların sayını 25% azaltmağı əmr etdi

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev 2024-cü ilə qədər dövlət məmurlarının sayını 25% azaltmağı əmr edib.

Banker.az xəbər verir ki, “Dövlət məmurlarının işinin səmərəliyini artırmaq üçün təlim keçmiş gəncləri cəlb etmək lazımdır. 2020-ci ildən başlayaraq biz dövlət məmurlarının sayını tədricən azaltmağa başlayacağıq”,- deyə prezident qeyd edir.

“2025-ci ilə qədər dövlət məmurlarının və milli təşkilatlarının işçiləri 25% azaltmaq lazımdır”, – Tokayev vurğulayır.

“Sirr deyil ki, bizim ölkədə qiymətlər çox yüksəkdir. Məsələn, niyə bizdə hava uçuşları Avropa ilə müqayisədə daha bahadır?”.

“Mən sizə mikro və kiçik sahibkarlığı üç il müddətinə əsas biznesi vergi ödəməkdən azad etmək üçün qanunvericilik bazasının hazırlanmasını tapşırıram. 2020-ci ilin yanvar ayından mikro və kiçik sahibkarlıq subyektlərinin yoxlanmasına üç illik qadağa qüvvəyə minəcək”.

“Çoxları dövlətdən icarəyə götürdüyü torpaqları istifadə etmir. Ölkədə “latifundistlər” dən ibarət bir təbəqə inkişaf etmişdir. Onlar it kimi davranırlar. İstifadə olunmayan kənd təsərrüfatı ərazilərinin geri alınmasının vaxtı gəlib çatıb”.

 

Son xəbərlər
Oxşar xəbərlər