2 C
Baku
Thursday, February 29, 2024

Qazaxıstan prezidenti 4 yeni nazir təyin etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bir neçə yeni nazir təyin edib.

President sənaye və infrastrukturun inkişafı, təhsil, mədəniyyət və idman, eləcə də ekologiya və təbii sərvətlər nazirliklərinə yeni rəhbərlərin təyin edilməsi haqqında fərmanlar imzalayıb.

Tokayev dekabrın sonunda parlament Senatının (yuxarı palata) iclasında hökumətin səmərəliliyinin artırılmasının vacibliyini açıqlamışdı. Sonra o bildirmişdi ki, yeni ilin əvvəlində baş nazirin təklifi ilə Nazirlər Kabinetində bir sıra kadr dəyişiklikləri etmək niyyətindədir.

Marat Karabayev Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri təyin edilib. Karabayev 2021-ci ilin iyul ayından sənaye və infrastrukturun inkişafı nazirinin müavini vəzifəsində çalışırdı. O, nazir postunda Kairbek Uskenbayevi əvəz edib.

Öz növbəsində təhsil naziri vəzifəsinə əvvəllər nazir müavini vəzifəsini tutan Qani Beysembayev təyin edilib. O, Asxat Aymaqambetovu əvəzləyib.

Tokayev həmçinin Zülfiyyə Süleymenovanın ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. O, bu vəzifədə Serikkali Brekeşevi əvəzləyib. Süleymanova əvvəllər nazir müavini vəzifəsində çalışıb.

Əmanət Partiyasının keçmiş icra katibi Asxat Oralov yeni mədəniyyət və idman naziri olub. Digər sərəncamla Dauren Abayev nazirliyin rəhbəri vəzifəsindən azad edilib.

Son xəbərlər
Digər xəbərlər