Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev cümə günü ölkədəki vəziyyətlə bağlı xalqa müraciətlə çıxış edəcək.
Banker.az xəbər verir ki, “Bu gün nahar vaxtı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan xalqına müraciət edəcək”, – deyə dövlət başçısının rəsmi nümayəndəsi Berik Uali məlumat verib.
Qeyd edilir ki, müraciət respublika telekanallarının efirində nümayiş etdiriləcək.