25 C
Baku
Saturday, July 13, 2024

Qazaxıstan Prezidenti Çinə gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasına dövlət səfərinə gedib.

Bu barədə Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı Qazaxıstan lideri Çin sədri Si Cinpinlə görüşüb müzakirələr aparacaq.

İkitərəfli görüş zamanı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Dövlət səfəri proqramı çərçivəsində Tokayev Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək və bir sıra tədbirlər keçirəcək, həmçinin Sian şəhərində yerləşən limanda Qazaxıstan logistika mərkəzinin tikintisinin açılış mərasimində iştirak edəcək.

Qazaxıstan Prezidentinin Çinə səfəri zamanı Mərkəzi Asiya-Çin sammitində iştirak edəcəyi planlaşdırılır və həmçinin Qazaxıstanın Sian şəhərində baş konsulluğunun təntənəli açılışında iştirakı da səfər proqramına daxildir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər