Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin Ümumdünya Ticarət Təşkilatı-na qoşulmasına dair qanun imzaladı. Bu haqda məlumat ölkə prezidentinin rəsmi saytına əsasən verilmişdir.
Qeyd edək ki, Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq şərtləri barədə danışıqları yayda başa çatdırdı. Bu danışıqlar isə demək olar ki, 1996-cı ilin yanvar ayından 20 ildir ki, davam edirdi. Ölkə təşkilata qoşulmaq barədə təklifini məhz bu zaman irəli sürmüşdü.