4 C
Baku
Tuesday, December 24, 2024

Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin səhiyyə naziri Aleksey Çoyu vəzifəsindən azad edib.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Aleksey Vladimiroviç Çoy Qazaxıstan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib”, – mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Tokayev “KazAvtoJol” milli şirkətinin rəhbəri Ulan Alipovu vəzifəsindən azad edib. Avtomobil yollarının idarə edilməsi üzrə milli operatorun rəhbərinin işdən çıxarılmasına səbəb işinin qənaətbəxş olmaması olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər