Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.
Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat katibi Berik Uali “Facebook”da bildirib.
Onun sözlərinə görə, Kasım-Jomart Tokayevə Karaqanda əczaçılıq zavodunda istehsal edilən “Sputnik V” peyvəndi vurulub.
Mətbuat katibi qeyd edib ki, vaksinasiyadan sonra Qazaxıstan Prezidentinin səhhəti yaxşıdır, heç bir yan təsir qeydə alınmayıb.